Asistoliya

Asistoliya

Asistoliya ürəyin elektrik və mexanik fəaliyyətinin dayanmasıdır. Ölmək üzərə olan bütün xəstələrdə son ritm olaraq meydana çıxar və ölümün baş verdiyini göstərir. Monitorda dalğa forması yoxdur, sadəcə düz bir xətt görünür. İlk ritmi asistoliya olan kardial arrest xəstələrinin proqnozu çox pisdir( 10% -i xəstəxanaya gələnə qədər həyatda qala bilir, 0-2 % xəstəxanadan evə buraxılana qədər həyatda qala bilir ).

Patofiziologiyası : Asistoliya birincili və ikincili ola bilər. Birincili asistoliyada ürəyin elektrik sistemi daxilən fəaliyyətsiz olduğu üçün ventrikulyar depolarizasiya yarada bilmir. Bu hal işemiyadan və sinoatrial düyünün və ya atrioventrikulyar nəqletmə sisteminin degenerasiyasından qayanaqlana bilər. Birincili asistoliyadan əvvəl sinus düyünü blokadası, tam ürək blokadası və ya hər ikisi ilə əlaqəli bradidisritmiyalar görülür.

İkincili asistoliya ürəyin elektrik nəqletmə sistemindən kənar faktorlardan hər hansı biri elektrik depolarizasiyasının yaranmamasına səbəb olduqda meydana gəlir. Bu hala adətən metabolik asidozla birlikdə şiddətli toxuma hipoksiyası səbəb olur. Asistoliya müalicə edilməmiş ventrikulyar fibrilyasiyanı təqib edər və uğursuz defibriyasiyadan sonra ortaya çıxar.

Etiologiyası : Asistoliya hüceyrənin metabolik funsiyalarının tamlığının pozulmasından və elektrik impulslarının yaranmamasından meydana gəlir. Şiddətli işemiyada pacemaker hüceyrələr transmembran fəaliyyət potensialı yarada bilmək üçün lazım olan ionları nəql edə bilmir. Asistoliyalı xəstələrdə mütləq geri döndürülə bilən səbəbləri göz önünə gətirmək lazımdır. Bu hal müəyyən edildikdə dərhal müalicəyə başlamaq lazımdır.

Fiziki müayinə: Xəstə huşsuz və reaksiyasızdır. Spontan tənəffüsü yoxdur. Aqonal tənəffüs qeyd edilə bilər. Ürək səsləri eşidilmir və nəbz əllənmir.

İnstrumental müayinə: EKQ-da P dalğaları, QRS kompleksləri və T dalğaları yoxdur. Əgər mümkündürsə ürək divarlarının hərəkətinin olub olmamağını yoxlamaq üçün exokardioqramma edilə bilər.

Müalicə : Asistoliya şok verilməyən ritmlərə aiddir. Bu səbəblə, monitorda asistoliya görülərsə defibrilyasiya edilməməlidir. Dərhal yüksək keyfiyyətli KPR-a başlamaq lazımdır. Endotraxeal intubasiya üçün KPR-ya fasilə verilməməlidir. Epinefrin ( intravenoz və ya intraosseoz yolla 1 mq ) hər 3- 5 dəqiqədə bir verilməlidir və geri döndürülə bilən səbəblər nəzərə alınmalıdır.

Asistoliya terminal bir ritm olduğu üçün xəstənəxana daxili resustasiyanın sonlandırılması mübahisəlidir. Bu səbəblə ETCO2( Endtidal karbondioksid dəyəri ) dalğa forması KPR-ın sonlandırılmasına kömək edə bilər. Resustasiyanın 20-ci dəqiqəsində ETCO2 dəyərinin 10 mmHg-nan az olması ölüm baxımından yüksək həssaslığa sahibdir. Xəstəxanadan kənar resustasiyanın dayandırılması yerli protokollara əsasən yerinə yetirilir.

Resustasiya olan xəstələr intensiv terpiya bölməsində izlənməlidir. Bəzi mütəxəssislər xilas olan bütün xəstələrə hipotermiyanın tətbiqini məsləhət görür.

Mənbə:

Yazan: Piriyev Xalid ( TTTY həkim )

teciliyardim.com

Bu saytın yaradılmasında məqsədimiz Azərbaycan dilində təcili tibbi yardım haqqında elektronik elmi baza yaratmaq, tibbi və elmi yenilikləri paylaşmaq, akademik məlumatlar toplamaqdır. Sayt tibb işçiləri üçün nəzərdə tutulub. Sayt təkmilləşdirmə mərhələsindədir. Əlbətdəki nöqsanlarımız olacaq və bu qüsurları ortadan qaldırmaq üçün çalışacağıq. Bizə dəstək olaraq irad və təkliflərinizi əlaqə bölməsindən göndərməyiniz bizi şad edərdi.

Əlaqə

WordPress.com Bloqu.