Qəfləti koronar ölüm.

Qəfləti koronar ölüm -bilinən və bilinməyən kardial xəstəliyi olan bir şəxsdə qısa bir müddət ərzində (adətən simptomlar başlamasından sonrakı bir saat ərzində ) meydana gələn kardial səbəblərlə əlaqəli gözlənilməyən bir ölümdür. Ürək döyünməsinin durması və ya perfuziya və yaşamaq üçün yetəri qədər döyünməməsi halında meydana gəlir.

Qəfləti ürək durması – ürəyin anidən və gözlənilmədən döyünməsinin durmasıdır.

Qəfləti ürək ölümlərinin geniş yayılmış səbəblərindən biri koronar arteriya xəstəliyidir və bu halın 80 faizini təşkil edir. Digər səbəblərə kardiomiopatiyalar və genetik kanalopatiyalar daxildir. Struktur olaraq normal ürəyi olan 35 yaşdan gənc xəstələrdə ən başda gələn səbəb ölümcül aritmiyalardı. Doğumdan 13 yaşa qədər xəstələrdə ilkin səbəb anadangəlmə anomaliyalardır. 14-24 yaş arası xəstələrdə qəfləti ürək ölümünün səbəbi hipertrofik kardiomiopatiya, aritmik sağ ventrikul kardiomiopatiyası, anadangəlmə ürək anomaliyaları, genetik kanalopatiyalar, miokardit, Wolff-Parkinson-White sindromu və Marfan sindromudur.

Qəfləti ürək durmasının ümumi səbəbləri;

  • Miokard infarktı
  • Koronar spazm
  • Uzun QT sindromu
  • Qısa QT sindromu
  • Brugada sindromu
  • Erkən repolarizasiya sindromu
  • Katexolaminergik polimorfik mədəcik taxikardiyası
  • Kardiomiopatiyalar
    • Alkoqol
    • Hipertrofik
    • İdiopatik
    • Piylənmə ilə əlaqəli
    • Fibrotik
    • Sağ mədəciyin aritmogen kardiomiopatiyası
  • Miokardit
  • Qorunmamış ejeksiyon fraksiya,sistolik ürək çatışmazlığı
  • Aorta stenozu
  • Fallot tetradası

Altda yatan xəstəlikdən asılı olmayaraq ürək durmasının baş verməsi üçün bu xəstəliklər iki qola ayrılan ürək dayandıran ritm pozğunluqlarından biri ilə qarşımıza çıxırlar.

  1. Şok veriləbilən ritmlər: Ventrikulyar fibrilyasiya və nəbzsiz ventrikulyar taxikardiya
  2. Şok verilməyən ritmlər: Asistoliya və nəbzsiz elektrik aktivliyi

Qan dövranı bərpa olunana qədər çox vaxt altda yatan xəstəliyin əhəmiyyəti yoxdur.

Mənbə :

Acil Dahliye 9.baskı səh.1-3

https://www.ncbi.nlm.nih.gov/books/NBK507854

Yazan: Piriyev Xalid (TTTY həkimi )

teciliyardim.com

Bu saytın yaradılmasında məqsədimiz Azərbaycan dilində təcili tibbi yardım haqqında elektronik elmi baza yaratmaq, tibbi və elmi yenilikləri paylaşmaq, akademik məlumatlar toplamaqdır. Sayt tibb işçiləri üçün nəzərdə tutulub. Sayt təkmilləşdirmə mərhələsindədir. Əlbətdəki nöqsanlarımız olacaq və bu qüsurları ortadan qaldırmaq üçün çalışacağıq. Bizə dəstək olaraq irad və təkliflərinizi əlaqə bölməsindən göndərməyiniz bizi şad edərdi.

Əlaqə

WordPress.com Bloqu.