Şok indeksi

Şok indeksi

Təcili yardımda kritik xəstələrdə həyati vacib əlamətləri müəyyən etmək vacib göstəricilərdir. Belə xəstələrdə bədənin kompensasiya mexanizmləri yetərsiz qaldığı zaman bu göstəricilər dəyişməyə başlayır. Bu dəyişiklikləri təxmin etmədə istifadə edilən göstəricilərdən biri də şok indeksidir.

Şok indeksi (Şİ) ürək vurğuları sayının sistolik təzyiqə bölünməsiylə əldə edilir. İlk dəfə 1967- ci ildə Allgower və dostları tərəfindən təklif edilmişdir. Müasir dövrdə şok indeksindən proqnostik təxmin üçün istifadə edilir. Normal aralıq 0.5- 0.7 olaraq qəbul edilir, ancaq bəzi tədqiqatlar 0.9 -a qədər də normal olduğunu sübüt edir. 1.0 və üzəri göstəricilər hemodinamik vəziyyətin pisləşdiyini və şokun göstəricisi hesab edilir. Ürək vurğuları və sistolik təzyiqi normal dəyərlərdə olsa belə, şok indeksindəki yüksəlmə sol ventrikul diastol sonu təzyiqi və qan dövranı həcmində azalma ilə əlaqələndirilir.

Liu və dostları sistolik təzyiqə əlavə olaraq diastolik təzyiqin istifadəsinin xəstələrin vəziyyətindəki ciddiyəti təxmin etmədə vacib olduğunu bildirirlər. Bu səbəblə Modifikasiya olmuş şok indeksini (MŞİ) inkişaf etdirirlər. MŞİ ürək vurğularının ortalama arterial təzyiqə bölünməsiylə əldə edilir (Qeyd: Ortalama arterial təzyiq = (( diastolik təzyiq x2)+sistolik təzyiq)/3). MŞİ-nin < 0.7 və > 1.3 olması yüksək mortallıq göstəricisi hesab edilir.

Yaş artdıqca şoka qarşı verilən sistemli cavab dəyişgənlik göstərir. 55 yaş üzəri populyasiyada yaş şok indeksi mortallığı təxmin etmədə üstün olduğu göstərilmişdir.

Aşağıdakı cədvəldə şok indeksi variasiyaları haqqında ümumi məlumat verilmişdir.

Mənbələr:

https://acilci.net/sok-indekslerine-genel-bir-bakis/ https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6698590/ https://reference.medscape.com/calculator/599/shock-index

Yazan : Piriyev Xalid (TTTY həkim )

teciliyardim.com

Bu saytın yaradılmasında məqsədimiz Azərbaycan dilində təcili tibbi yardım haqqında elektronik elmi baza yaratmaq, tibbi və elmi yenilikləri paylaşmaq, akademik məlumatlar toplamaqdır. Sayt tibb işçiləri üçün nəzərdə tutulub. Sayt təkmilləşdirmə mərhələsindədir. Əlbətdəki nöqsanlarımız olacaq və bu qüsurları ortadan qaldırmaq üçün çalışacağıq. Bizə dəstək olaraq irad və təkliflərinizi əlaqə bölməsindən göndərməyiniz bizi şad edərdi.

Əlaqə

WordPress.com Bloqu.